AZ

“Hər mövqedə oynamağa hazıram”

 “Roma”nın yarımmüdafiəçisi Brayan Kristante 2025-ci il matçları üçün İtaliya yığmasına çağırılmamasından sonra yenidən milli komandaya dəvət alması ilə bağlı açıqlama verib.

90deqiqe.Az "Football Italia"ya istinadən xəbər verir ki, Kristante məşqçinin ona tapşırdığı istənilən mövqedə oynamağa hazır olduğunu vurğulayıb:

“Mən mərkəz yarımmüdafiəçisiyəm, lakin müxtəlif mövqelərdə də çıxış etmişəm. Hər zaman istənilən oyun sistemində özümü rahat hiss etmişəm.”

Kristante qarşıdakı matçlarla bağlı da fikirlərini bölüşüb: “Ümid edirik ki, Udinedəki stadion azarkeşlərlə dolu olacaq, çünki onların dəstəyinə ehtiyacımız var. Hədəfimiz dünya çempionatına vəsiqə qazanmaqdır, amma hazırda yalnız Estoniya matçına fokuslanmışıq. Orada çətin atmosfer olacaq, heç bir oyunu az qiymətləndirmək olmaz.”

Xatırladaq ki, İtaliya millisi oktyabrın 11-də səfərdə Estoniya ilə, 3 gün sonra isə evdə İsrailə qarşı oynayacaq. Komanda 4 matçda 9 xal toplayıb, Norveç isə 5 oyunda 15 xal qazanıb.

Seçilən
32
90deqiqe.az

1Mənbələr