Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgizlə evliliklərinin 17-ci ili münasibəti ilə kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, cütlük bir-biri ilə bağlı sualları cavablandırıb. Miri Yusif isə xanımı ilə bağlı bir çox sualı cavablandıra bilməyib.
Nərgiz görüntüləri yayımlayaraq "17 ildir bir yerdəyik, amma bu suallardan sonra aydın oldu ki, hələ də bir-birimizi tanımırıq. Nə olsun, qabaqda hələ bir ömür var tanımağa. Səni sevirəm, həyat yoldaşım. İldönümümüz mübərək" sözlərini yazıb.
Qeyd edək ki, cütlüyün 3 övladı var.
Tarix: 9 Oktyabr 2025, 17:09