BAKI, 9 oktyabr. TELEQRAF
AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüşüblər.
Teleqraf xəbər verir ki, Leyla Abdullayeva 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına qarşı keçiriləcək oyunda milli komandamıza uğurlar arzulayıb.
Görüş zamanı səfirə Azərbaycan milli komandasının forması hədiyyə olunub.
Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.