Çin hökuməti 14 Qərb müdafiə şirkəti və təşkilatına, ilk növbədə ABŞ-yə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, sanksiyalar xüsusilə yarımkeçiricilər, əks mühəndislik və bazar təhlili ilə məşğul olan Kanadada yerləşən TechInsights şirkətini hədəf alıb.
Çində hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edilmiş təşkilatlarla iş görmək və ya həssas məlumatları onlarla paylaşmaq qadağandır.
İlahə QənbərliMissiya.Az