"Moskva ilə Bakı arasında ticarət-iqtisadi əlaqələr uğurla inkişaf edir".
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.
"Bizim qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Bu, hər şeydən əvvəl ticarət-iqtisadi əlaqələrə aiddir", - o bildirib.
Putin həmçinin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın davam edəcəyinə ümid etdiyini qeyd edib.
Nurlana ƏhmədovaMissiya.Az