AZ

Kəlbəcərdə KSES-lərin tikintisinə 36 milyon manat ayrıldı

BAKI, 9 oktyabr. TELEQRAF

Kəlbəcər şəhəri və Eyvazlı kəndində kiçik su eletrik stansiyalarının (KSES) tikintisi, həmçinin yeni qurulacaq stansiyaların enerjisistemə inteqrasiyası həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı "Azərenerji" ASC "Electro İndustries" QSC ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, Electro İndustries" QSC görəcəyi işlər qarşılığında 36 milyon 150 min 496,13 manat alacaq.

Müvafiq işlərin icrasına bu gündən start verilib, gələn ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Seçilən
38
2
teleqraf.com

3Mənbələr