AZ

Növbəti mərhələyə yüksələn ilk 4 komanda müəyyənləşdi - YENİLƏNİB

Bu gün futbol üzrə ölkə kubokunda 2025/26 mövsümünə start verilib.

"Football-plus.az" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Dinamo" "Kür-Araz"a, "Şəki" "Araz Saatlı"ya, "Qaradağ Lökbatan" "Ağdaş"a, "Ağstafa Gəncləri" "Şirvan"a qalib gəlib.

Sabah keçiriləcək “Göygöl” – “Şəmkir” və “Quba” – “Xankəndi” qarşılaşmalarının qonaqlar üçün xoşbəxt sonluqla bitmək ehtimalı daha böyükdü. Hər halda, onlar həm iddialı oyun tərziylə seçilməyin, həm də sabit nəticələr qazanmağın yolunu tapıb. Növbəti mərhələyə adlamaq arzusunda olan meydan sahibləri isə əlindən gələnin daha artığını etməli, necə deyərlər, “boyundan yuxarı tullanmağın” yolunu tapmalıdılar.

Xatırladaq ki, növbəti mərhələdə “Şəki” “Karvan-Yevlav”la, “Qaradağ Lökbatan” “İmişli”ylə, “Dinamo” “Turan Tovuz”la, “Ağstafa Gəncləri” “Kəpəz”lə, “Göygöl”/“Şəmkir” cütünün qalibi “Baku Sportinq”lə, “Quba”/“Xankəndi” cütünün qalibi isə “Difai” ilə üz-üzə gələcək.

Ölkə kuboku
1-ci təsnifat mərhələsi
9 oktyabr
Şəki – Araz Saatlı 3:2

Cəzalı: yoxdu.
Hakimlər: RUSLAN QULİYEV, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı, “Rekord Arena”. Saat 14.00.

Qaradağ Lökbatan – Ağdaş 8:0
Cəzalı: yoxdu.
Hakimlər: ŞAMİL İMANZADƏ, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Dinamo – Kür-Araz 3:2
Cəzalı: yoxdu.
Hakimlər: MAHMUD BAĞIRZADƏ, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə, qəsəbə stadionu. Saat 14.00.

Ağstafa Gəncləri – Şirvan 1:0
Cəzalı: yoxdu.
Hakimlər: ALİK YUNUSOV, Müslüm Əliyev, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa, şəhər stadionu. Saat 14.00.

10 oktyabr
Göygöl – Şəmkir

Cəzalı: yoxdu.
Hakimlər: MURAD SƏLİMOV, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Göygöl, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Quba – Xankəndi
Cəzalı: yoxdu.
Hakimlər: EMİN ƏLİYEV, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Quba, Olimpiya İdman Kompleksinin stadionu.

KƏNAN BAHADIR

Seçilən
14
football-plus.az

1Mənbələr