“Tənqidi fikirlərimizə görə heç kim bizi hədələməyib. Həbslə hədə-qorxu gəlmək, təhdid etmək, belə bir şey yoxdur. Belə halla hələlik qarşılaşmamışıq. Bizə nə deyib hədə-qorxu gələcəklər?”
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
“Bəlkə, hansısa partiya sədrinə kimlərsə hədə-qorxu gəlib, bu barədə məlumatım yoxdur. Başqa siyasi partiya sədrlərinin yerinə cavab verə bilmərəm…” – o bildirib.
Qeyd: Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ona və bəzi partiya sədrlərinə tənqidi çıxışlarına görə hədə-qorxu gəlindiyini deyib.
Aytəkin Qardaşova
Tarix: 9 Oktyabr 2025, 16:12