Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müğənni Nadir Qafarzadə doğulacaq nəvəsindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində sualları cavablandırıb. Nəvəsinin cinsiyyətini açıqlayan Nadir onun oğlan olacağını deyib:
"Oğul da, qız da lazımdır. Fərqi yoxdur, Allah xeyirli övlad qismət etsin. Əgər insanın övladı naxələfdirsə, heç olmasa yaxşıdır. Nəvəmə ad qoymağı övladlarımın ixtiyarına buraxmışam. Onların uşağıdır, mənim yox. Onlar mənə məsləhət etdilər, sonda qərar verdik ki, ulu babamızın adı olsun: Qafar Qafarzadə".
Qeyd edək ki, N.Qafarzadənin iki oğul övladı var. Onun böyük oğlu Loğman bu yaxınlarda ata olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.