AZ

Azərbaycanlı tiktoker ABŞ-da faciəvi şəkildə öldü

Azərbaycanlı tiktoker, 12 yaşlı Zemfira Muxtarova Nyu Yorkda metro qatarının üstündə “sörfinq” edərkən ölüb.

Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, faciə ötən şənbə günü səhər saatlarında “Marcy Avenue” stansiyasında baş verib.

Polisin açıqlamasına görə, Zemfira və başqa bir yeniyetmə sosial mediada tanış olub və gecə macəra yaşamaq məqsədilə evlərindən gizlincə çıxıblar.

Qatar stansiyaya çatarkən, Zemfira və 13 yaşlı dostu Ebba Morina “Villiamsburg” stansiyasının yaxınlığında relslərin yanında huşsuz vəziyyətdə tapılıblar. Təcili yardım əməkdaşları hadisə yerində hər iki qızın öldüyünü təsdiqləyib.

Seçilən
70
4
publika.az

5Mənbələr