Bakı. Trend:
Ötən il Azərbaycanda 17 min dələduzluq məqsədli bank kartıəməliyyatı aparılıb, 22 milyon maliyyə oğurlanması baş verib.
Trend xəbərverir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik TəşkilatlarıAssosiasiyasının (AKTA) İcraçı direktoru Rauf Cabarov Bakıdakeçirilən Fintex forumunda ("Baku Fintech Forum 2025")bildirib.
O vurğulayıb ki, bu il üzrə 40 milyon maliyyə oğurlanmasıhalının baş verəcəyi proqnozlaşdırılır.
R. Cabbarov eyni zamanda qlobal məlumat sızması halları üzrəitkilərdən də danışıb: "2024-cü ildə hər məlumat sızmasınəticəsində orta qlobal maliyyə itkisi 4,88 milyon ABŞ dollarıolub. Bu, əvvəlki illə müqayisədə 10% artım deməkdir.
Eyni zamanda ötən il qlobal 10 trilyon ABŞ dolları itkininmüqabilində maliyyə sektoru üzrə 1 trilyon dollardan çox zərər başverib".
"Həmçinin ötən il qlobal miqyasda bulud platformalarında başverən məlumat sızmalarının orta dəyəri 5,17 milyon ABŞ dollarıolub. Ümumilikdə, bütün məlumat sızmalarının 74%-i insan faktoru(səhvlər, sosial mühəndislik, daxili sui-istifadə) ilə bağlıdır", -deyə R. Cabbarov vurğulayıb.