Təhlükəli tullantı sayılan batareyaların utilizasiyası məqsədilə 2022-ci ilin may ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində müxtəlif dövlət və özəl qurumlar, təşkilatlar, təhsil müəssisələri, marketlər, banklar, otellər və digər ərazilərdə təhvil qutuları yerləşdirilib.
Cari ilin 9 ayı ərzində 36 məntəqədən 888 kq tullantı götürülərək “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.
Layihəyə dəstək olan bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.
Təhvil məntəqələrinin siyahısı ilə https://eco.gov.az/index.php?ln=az&pg=744 saytından tanış ola bilərsiniz.