“Venesuela hakimiyyəti Qətərin səylərini dəstəkləyir, lakin Amerika administrasiyasını diplomatiyadan daha çox hərbi üsullar maraqlandırır. ABŞ-nin yüksək rütbəli hərbi məmurunun sözlərinə görə, Pentaqon Karib hövzəsi regionuna 10 min hərbçi yerləşdirib. Onların əksəriyyəti Puerto-Rikodakı bazalarda yerləşdirilib. Buna baxmayaraq, Doha Vaşinqton və Karakas arasında əlaqə kanallarını açıq saxlamağa çalışır”,- qəzet yazır.
![]() |
Tramp Maduro ilə bütün danışıqları dayandırır |
“NYT” daha əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyasına Venesuela ilə gərginliyin diplomatik yolla həllinə nail olmaq üçün bütün səyləri dayandırmağı əmr etdiyini yazmışdı.
- Dövlət katibi Marko Rubionun başçılıq etdiyi nüfuzlu Tramp tərəfdarları son vaxtlar hərbi təzyiqləri artırmaqla Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün səylərini artırıblar”,- nəşr vurğulayır.
Xatırladaq ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz qüvvələri (HDQ) artıq Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik maddələrin daşınması ilə bağlı sübut olunmamış ittiham əsasaında insanları daşıyan ən azı dörd sürətli qayığı məhv edib.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında Donald Tramp deyib ki, amerikalı hərbçilər, Vaşinqtonun fikrincə, Maduronun rəhbəri olduğu Venesuela narkotik kartellərin gəmilərinə hücumları davam etdirəcəklər.
Sahil İsgəndərov
AzVision.az