İspaniyanın "Ovyedo" klubu komandanın baş məşqçisi Velko Paunoviçin istefaya göndərib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə birlikdə onun məşqçilər korpusunun üzvləri də klubdan ayrılıb.
Qeyd edək ki, "Ovyedo" bu mövsüm La Liqaya qayıdıb, lakin turnir cədvəlinin aşağı sıralarında qərarlaşıb. İspaniya çempionatının səkkiz turundan sonra komanda cəmi 6 xal toplayıb və 16-cı pillədə yer alır.
"Ovyedo" növbəti qarşılaşmasını 17 oktyabr, cümə günü doğma meydanda "Espanyol" klubuna qarşı keçirəcək. Qarşılaşmanın başlanğıcı Bakı vaxtı ilə saat 23:00-da nəzərdə tutulub.