AZ

“Azəriqaz” bu il ASAN mərkəzlərində 270479 vətəndaşa xidmət göstərib

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qurumdan AzVision.az -a verilən məlumata görə, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB tərəfindən xidməti pəncərələrdə 20 (iyirmi) növ xidmət göstərilir. Məlumat üçün bildirək ki, ümumilikdə SOCAR-ın “Azəriqaz” İB Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində Bakı şəhərində fəaliyyət göstərən 3 "ASAN Kommunal" mərkəzlərində, Sumqayıt şəhəri və regionlarda isə 17 "ASAN xidmət" mərkəzlərində (Sumqayıt, Şamaxı, Kürdəmir, Gəncə, Masallı, Lənkəran, İmişli, Sabirabad, Salyan, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
2
azvision.az

5Mənbələr