ain.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda Vladimir Putinlə Donald Tramp arasında telefon danışıqlarının gündəmdə olmadığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.
“Bu, sadəcə olaraq gündəmdə deyil”, – deyə Peskov müvafiq suala cavabında qeyd edib.
Qeyd edək ki, sentyabr ayında ABŞ-nin Prezidenti Donald Tramp iki dəfə Rusiya lideri ilə telefonla danışmaq niyyətində olduğunu bəyan etmişdi. Lakin Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml hələlik ABŞ tərəfindən belə bir təşəbbüs və ya rəsmi müraciət almayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.