Bakı. Trend:
Bu gün Azərbaycan Fintex Assosiasiyası ilə Türkiyə FintexAssosiasiyası, həmçinin Beynəlxalq Konsaltinq Şirkəti arasındaAnlaşma Memorandumlarının (MOU) imzalanma mərasimi keçirilib.
Trend xəbərverir ki, imzalanma mərasimi "Baku Fintech Forum 2025" tədbiriçərçivəsində baş tutub.
Sənədlər fintex sahəsində tərəfdaşlığın gücləndirilməsi,innovativ həllərin təşviqi və qarşılıqlı təcrübə mübadiləsiningenişləndirilməsini nəzərdə tutur. Anlaşma memorandumları həmyerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarınıninkişafına töhfə verməyi hədəfləyir.