AZ

Ekosistem rəhbəri: Azərbaycan regionun kibertəhlükəsizlik mərkəzinə çevrilir

Azərbaycan Qafqaz və Orta Asiya üçün kibertəhlükəsizlik mərkəzinə çevrilməkdədir.

APA xəbər verir ki, bunu "Palo Alto Networks" şirkətinin Afrika, Yaxın Şərq, Türkiyə və MDB regionu üzrə ekosistem rəhbəri Ali Fuat Türkay Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində çıxışında deyib.

Onun sözlərinə görə, region ölkələrinin kibertəhlükəsizlik sahəsində çalışan qurumlarının nümayəndələri üçün yeni əməkdaşlıq, təcrübə mübadiləsi imkanları yaradan CIDIC kimi böyük bir tədbirin Bakıda müntəzəm keçirilməsi Azərbaycanın artıq regionda kibertəhlükəsizlik mərkəzinə çevrilməkdə olduğunu göstərir.

"Bu işdə Azərbaycana dəstək verməkdən qürur duyuruq",- Turkay bildirdi.

Seçilən
21
2
apa.az

3Mənbələr