AZ

Kallas Putinə mesaj göndərməyə çağırıb: Siz səhv hesablamısız!

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyaya Ukraynadakı münaqişədə yanlış hesablamalar apardığına dair aydın siqnal verməyə çağırıb...

Poliqon bu barədə Almaniyanın Die Zeit qəzetinə istinadən xəbər verir.

"Rusiya köhnəlmə müharibəsində güclüdür. Rusiya prezidenti Vladimir Putin bu "qabiliyyət"dən istifadə edir. O, avropalılardan daha dözümlü olduğuna inanır, lakin yanılır", deyə Kallas bildirib.

Onun sözlərinə görə, Rusiya tezliklə problemlə üzləşəcək: "Biz aydın siqnal verməliyik: Siz səhv hesablamısız! Zaman sadəcə sizin tərəfinizdə deyil".

Kallas bəyan edib ki, Ukraynanın Rusiya ilə münaqişədə qələbəsi bütün ərazilərin geri qaytarılması və Rusiyadan təzminat alması olacaq: "Ukrayna Rusiyanın hərbi yolla ələ keçirdiyi bütün əraziləri qaytara bilsə və dəymiş ziyana görə kompensasiya alsa, bu, böyük uğur olardı".

Onun sözlərinə görə, gec-tez Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşməli olacaq, lakin təcavüz nəticə vermədiyinə əmin olmaq lazımdır. Əks halda, Kallas hesab edir ki, bunun nəticələri bütün dünyada görünəcək.

Kallas etiraf edib ki, Ukrayna Rusiyanı təkbaşına geri çəkə bilməyəcək. Onun sözlərinə görə, Ukrayna öz ərazilərini geri qaytarmaq iradəsinə malikdir. Kallas iddia edir ki, Qərb respublikaya yardım etməkdə davam edərsə, o, daha ​​çox ərazini azad edə və Rusiyanı daha da geri çəkə bilər:

"Ancaq təbii ki, o, təkbaşına bunu edə bilməz. Ona görə də dəstəyimizi artırmaqda davam etməyimiz çox vacibdir. Ukrayna hərbi baxımdan nə qədər güclü olsa, danışıqlar masası arxasında bir o qədər güclü olacaq".

Poliqon.info

Seçilən
71
poliqon.info

1Mənbələr