AZ

Fintexlərin fəaliyyət istiqamətləri qanunvericilik əsasda genişləndirilməlidir - Zakir Nuriyev

Bakı. Trend:

Fintex sahəsində beynəlxalq trendləri öz sistemimizə daxiletməliyik. Burada ən böyük yük qanunvericilik bazasınıntəkmilləşdirilməsi üzərinə düşür.

Trend xəbərverir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədriZakir Nuriyev "Baku Fintech Forum 2025" tədbirində bildirib.

O nümunə olaraq qeyd edib ki, elektron pul təşkilatlarıtərəfindən pul vəsaitlərinin 1-dən çox sayda banklarda saxlanılmasıtələbi mövcuddur: "Eyni zamanda maliyyə sektorunun digəriştirakçılarına qarşı belə bir tələb var. Xüsusən sığortaşirkətlərinin öz vəsaitlərini müxtəlif banklarda saxlamaq kimitələb var. Qarşıdakı dövr üçün belə bir tələbin fintexə dəgətirilməsi mühüm əhəmiyyət daşıya bilər".

Z. Nuriyev vurğulayıb ki, bu yanaşma ödəniş xidmətistifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyini daha damöhkəmləndirməklə elektron pul təşkilatlarının dayanıqlığınınartırılmasına imkan verər: "Hesab edirik ki, maliyyəinkulizivliyinin inkişafı, maliyyə yanaşmasının daha effektivformada tətbiq baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləriqanunvericilik əsasda genişləndirilməlidir".

Seçilən
82
3
az.trend.az

5Mənbələr