AZ

Üç alman deputat Putinin ad günü ziyafətində görünüb

Saksoniya-Anhalt ştatı parlamentinin ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasından olan üç üzvü Rusiyanın Berlindəki səfirliyində Vladimir Putinin ad günü münasibətilə keçirilən qapalı şənlikdə iştirak edib...

Poliqon xəbər verir ki, MDR-in məlumatına görə, tədbir əvvəllər konstitusiyaya zidd materialların yayılmasına görə qadağan edilmiş Rusiyayönlü ifrat sağçı "Compact" jurnalı tərəfindən təşkil edilib.

Nəşrin baş redaktoru Yurgen Elzaesser tədbir zamanı Putini "Qərb dəyərlərini solçu Qərbdən müdafiə etdiyi" iddia edilən "dövlət xadimi və vətənpərvər" adlandırıb və ona "uzun ömür" arzulayıb.

Qonaqlar arasında jurnalistlərin diqqətini AfD deputatları Hans-Thomas Tilşnayder, Florian Şkröder və Frank Otto Lizurek çəkib. Xüsusilə, Tilşnayder artıq Rusiyayönlü bəyanatları və 2022-ci ildə Ukraynanın işğal olunmuş şərqinə qalmaqallı səfəri ilə tanınır.

Saksoniya-Anhaltdakı AfD fraksiyasının həmsədri Oliver Kirşner özü də tədbirə dəvət edilməsə də, həmkarlarının iştirakından xəbəri olduğunu təsdiqləyib. Onun fikrincə, deputatlar bütün tərəflərlə əlaqə saxlamalıdırlar.

Siyasi opponentlər bu hərəkəti AfD-nin rusiyayönlü simpatiyasının daha bir sübutu kimi qiymətləndirdilər. CDU fraksiyasının lideri Quido Hoyer bildirib ki, Almaniya üçün Alternativ partiyasının bəzi hissələri azad demokratiyanın əsasları ilə əlaqəni itirib. Liberal FDP nümayəndəsi Andreas Silbersak partiyanı kiminlə - Putinlə, yoxsa Trampla yatacaqlarına qərar verməyə çağırıb.

Poliqon.info

Seçilən
41
3
poliqon.info

4Mənbələr