AZ

Paşinyan Gürcüstana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tbilisidə İpək Yolu Forumunun açılışında Ermənistan və Azərbaycanın Baş nazirləri salamlama nitqləri ilə çıxış edəcəklər.

Məlumata görə, forum oktyabrın 22-23-də Tbilisidə beşinci dəfə keçiriləcək. 

Qeyd olunub ki, Ermənistan və Azərbaycanın Baş nazirləri Nikol Paşinyan və Əli Əsədov forumun rəsmi açılış mərasimində və Gürcüstanın Baş naziri ilə yüksək səviyyəli dialoqda iştirak edəcəklər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr