AZ

“Barselona”nın futbolçusu “Valensiya” ilə oyunun ABŞ da keçirilməsinə qarşı çıxıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

İspaniyanın "Barselona" klubunun futbolçusu Frenki de Yonq La Liqada “Vilyarreal”la keçirəcəkləri matçın ABŞ-da təşkilinə qarşı çıxıb.

AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi bunun ədalətsizlik olduğunu bildirib.

Təcrübəli oyunçu hesab edir ki, İspaniya çempionatının oyununun başqa ölkədə keçirilməsi idman prinsiplərini pozur: "Vilyarreal”la oynamaq Mayamiyə getməyimiz xoşuma gəlmir və bununla razı deyiləm. Bu, sağlam rəqabətə qarşı ədalətsizlikdir. İndi neytral meydanda səfər matçı keçirəcəyik. Bu, düzgün deyil”.

Qeyd edək ki, La Liqa rəhbərliyi “Barselona” – “Vilyarreal” matçının dekabrın 20-də Mayamidəki "Hard Rok” stadionunda oynanılmasına qərar verib. Bu, İspaniyadan kənarda keçiriləcək ilk çempionat oyunu olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
azertag.az

2Mənbələr