AZ

Xocavənddə MON-50 piyada əleyhinə mina aşkar edilib

Bakı. Trend:

Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitarminatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistanistehsalı olan piyada əleyhinə mina aşkar edilib.

Trend xəbər verir ki, bu barədə AzərbaycanRespublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, meşəlik və sıx bitki örtüyünə malik çətinrelyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağacaquraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyadaəleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünəaiddir.

"Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir.Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyatzamanı qeyd edilmiş minanın yaxınlığından tələ məftili vasitəsilədigər minaya bərkidilməsi müəyyən olunub.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması vəöldürülməsi üçün istifadə edilir. MON-50 tipli qəlpələnən minalarisə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdətutulub.
Daşınması təhlükəli hesab edilən partlayıcı qurğu ANAMA əməkdaşlarıtərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən elektriküsulu ilə yerindəcə zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyitəmin edilib.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayətetməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətləyanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!",-deyə Agentlikdən qeyd edilib.

Məqalədə:
Seçilən
32
25
az.trend.az

10Mənbələr