AZ

ICMP-nin Baş direktoru: Dünyada bir milyard insan yerdəyişmə prosesinə məruz qalır

Dünya üzrə bir milyard insan yerdəyişmə prosesinə məruz qalır.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger
“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Silahlı münaqişələr, qlobal istiləşmə, daşqınlar, meşə yanğınları və digər amillər itkin düşmüş şəxslərin sayının artmasına təsir göstərir. Avropada itkin düşənlərin sayı 70 000-i ötüb. Ukraynada bu rəqəm 100 000-i ötüb. İtkin düşmüş şəxslərin sayı Suriyada 200 000-dən, Meksika və Kolumbiyanın hər birində 100 000-dən çox hesab olunur” Katrin Bomberger qeyd edib.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş-direktoru Azərbaycana itkin düşmüş şəxslərlə bağlı konfransın keçirilməsinə görə təşəkkür edib və bu konfransın mövzunun əhəmiyyətini dünyaya çatdırmaqda tolunu vurğulayıb.

Seçilən
78
apa.az

1Mənbələr