AZ

Qırğızıstan Vergi Xidmətinin silahlı qüvvələri olacaq

BAKI, 9 oktyabr. TELEQRAF

Qırğızıstanın Dövlət Vergi Xidməti paytaxt Bişkek, ölkənin şimal və cənub vilayətlərində vergi cinayətlərinə qarşı mübarizə üzrə xüsusi idarənin yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, müvafiq qanun layihəsi Normativ Hüquqi Aktların İctimai Müzakirəsinin Vahid Portalında dərc olunub.

Sənədə əsasən, iqtisadi təhdidlərin və vergi pozuntularının artdığını nəzərə alaraq Dövlət Vergi Xidmətinin tərkibində xüsusi idarənin yaradılması zəruridir və belə bir strukturun formalaşdırılması dövlətin maliyyə-iqtisadi təhlükəsizliyinin daha yüksək səviyyədə müdafiəsini təmin edəcək. qurum vergi cinayətlərinin aşkar edilməsi, qarşısının alınması və onlarla mübarizə sahəsində əsas funksiyaları yerinə yetirəcək.

Qeyd olunur ki, vergi cinayətlərinin ibtidai istintaqı xüsusi bilik, praktiki bacarıq və peşə hazırlığı tələb edən ixtisaslaşdırılmış fəaliyyət sahəsidir. Odur ki, xüsusi idarənin yaradılması vergi hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinin artırılmasına yönəlmiş əsaslandırılmış və müvafiq qərardır. Onun əməkdaşlarına “Hüquq-mühafizə orqanlarında xidmət haqqında” Qırğızıstan Respublikasının Qanununa uyğun olaraq silah, xüsusi texnika və fiziki qüvvə daşımaq və istifadə etmək hüququ verilir.

Seçilən
70
teleqraf.com

1Mənbələr