AZ

Sərbəst buraxılan Hadisə: “Allaha şükür, hər şey bitdi”

Yazını böyüt
Yazını kiçilt

İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən "narkotik istifadəni təşviq edən" istintaq çərçivəsində çoxsaylı digər məşhurlarla birlikdə saxlanılan müğənni Hadisə Açıkgöz istintaqdan sonra sərbəst buraxılıb.

Hafta.az-ın yazdığına görə, istintaq çərçivəsində sənətçilərin İstanbul Vilayət Jandarma Komandanlığı qrupları tərəfindən saxlanıldığı, ifadələrini aldığı və daha sonra qan nümunələri üçün Bahçəlievlər Ədliyyə Tibb Qurumuna göndərildiyi bildirilir.

Prosedurları tamamladıqdan sonra 19 nəfər sərbəst buraxılıb.

Hadisə azadlığa çıxdıqdan sonra İnstaqram səhifəsində yazıb: “Baş verənlərdən sizin kimi mən də şokdayam. Allaha şükür, hər şey bitdi”.

Seçilən
59
hafta.az

1Mənbələr