Azərbaycanın mərkəzində yerləşən, tarixi və mədəniyyəti ilə tanınan Şamaxı bu dəfə Red Bull-un peşəkar idmançıları ilə həyata keçirdiyi yeni və təsirli bir layihəyə ev sahibliyi edib. 

Offsideplus.az xəbər verir ki, “Awakening The Spirit of Shamakhi” adlı mediya layihə, Şamaxının təbiətinin gözəlliyini və dünyaca məşhur Red Bull idmançılarının ustalığını birləşdirərək, sürət və yaradıcılığın gücünü nümayiş etdirib.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə gerçəkləşən layihənin çəkilişləri, Şamaxının yaylaqlarında və üzüm bağlarının unikal mənzərələri fonunda aparılıb.

Layihənin qəhrəmanları — Əbu-Dabidə dünyanın ən uzun driftini reallaşdıraraq Ginnesin Rekordlar Kitabına düşən peşəkar Red Bull drift pilotu Abdo Feghali və motosiklet üzərindəki qeyri-adi bacarığı ilə tanınan, litvalı Red Bull stunt motosikletçisi və Avropa Stunt Riding Çempionu Aras Gibieza oldular.

Bu layihə Red Bull idmançıları üçün təkcə bacarıqlarını göstərdikləri deyil, həm də Şamaxının gözəlliyini və ruhunu hiss etdikləri unudulmaz anlardan biri oldu.