AZ

Kişilər niyə nəmləndirici kremdən istifadə etməlidirlər?

Kosmetoloq Nikoleyeva: “Daimi qulluq etmədikdə kişilərdə kuperoz və quru dəri yaranır”.

E-saglam.az xəbər verir ki, kişilərdə dərinin quruması, qıcıqlanma və qabıqlanma halları qadınlara nisbətən az diqqət çəkir, lakin bu, ciddi nəticələrə səbəb ola bilər. Kosmetoloq Nata­liya Nikoleyeva “Gazeta.Ru”ya açıqlamasında kişilərin dərisinin xüsusiyyətləri və niyə nəmləndirici kremlərin vacib olduğunu izah edib.

 Kişi dərisinin fərqləri:

Həkimin sözlərinə görə, kişilərin dərisi hormonların təsiri ilə qadın dərisindən 20–25% daha qalındır və səbəq və tər vəzləri daha aktivdir. Bu, bir tərəfdən dərini qorusa da, digər tərəfdən akne və qıcıqlanma riskini artırır.

Yaş artdıqca kişilərdə kuperoz — yəni üzdə görünən genişlənmiş kapilyarlar və “damar ulduzları” əmələ gələ bilər.

Niyə nəmləndirmək vacibdir?

Kosmetoloqlar qeyd edir ki, hər gün brijtdən sonra dəriyə yumşaldıcı və iltihabəleyhinə təsirli krem və ya emulsiyadan istifadə olunmalıdır. Bu, dərinin qoruyucu qatını bərpa edir və qızartının qarşısını alır.

Yağsız və yüngül tərkibli məhsullar daha uyğundur, çünki kişi dərisi çox vaxt yağlı tipə aiddir.

Nəmləndirici kremlərin tərkibində bu maddələr faydalıdır:

Retinol, vitaminlər A, C, E – dərinin yenilənməsi və qocalmanın qarşısı üçün;

Peptidlər və kofein – qan dövranını yaxşılaşdırmaq üçün;

Aloe, kalendula, allontoin – qıcıqlanmanı azaltmaq üçün.

 Əl və bədən dərisinin qorunması:

Qışda dəri daha çox quruyur. Kosmetoloqların tövsiyəsinə görə, bu aylarda bədən və əllər üçün nəmləndirici krem gündə iki dəfə, yayda isə bir dəfə tətbiq edilməlidir. Hər duşdan sonra bədən qurulanıb, 30 dəqiqə ərzində krem çəkilməlidir.

Nəmləndirməsəniz nə baş verər:

Uzun müddət nəmləndirici istifadə etməmək dəridə quruluq, qabıqlanma, iltihab və vaxtından əvvəl qocalma ilə nəticələnə bilər. Qışda dərinin nəmi saxlama qabiliyyəti 25%-ə qədər azalır, buna görə də gündəlik qulluq xüsusilə vacibdir.

Ekspertlər bildirirlər: müntəzəm və düzgün dəriyə qulluq kişiyə təkcə sağlamlıq deyil, həm də səliqəli və cəlbedici görünüş qazandırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
60
e-saglam.az

1Mənbələr