AZ

La Liqa: “Vilyarreal” – “Barselona” matçı ABŞ-də keçiriləcək

Bakı. Trend:

La Liqanın Prezidenti Xavyer Tebas La Liqanın 17-ci turununMayamidə keçiriləcək “Vilyarreal” – “Barselona” matçının tarixinitəsdiqləyib.

Trend xəbər verirki, qarşılaşma dekabrın 20-də baş tutacaq. UEFA daxili liqaoyunlarının müntəzəm olaraq xaricdə keçirilməsinə qarşı çıxsa da,bu matçın İspaniyadan kənarda keçirilməsinə icazə verilib.

Qeyd olunur ki, bu matç tarixi hadisə olacaq – ilk dəfə ABŞ-dərəsmi La Liqa matçı keçiriləcək.

Ekspertlər matçın azarkeşlər arasında güclü marağa səbəbolacağını və La Liqanın İspaniya futbolunu Şimali Amerika bazarındatanıtmaq strategiyasının bir hissəsini təşkil edəcəyinibildirirlər.

Seçilən
33
az.trend.az

1Mənbələr