AZ

Tramp Qəzza sazişinə əsasən girovların bazar ertəsi azad olunacağını açıqlayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 9 oktyabr, AZƏRTAC

Qəzzaya dair sazişlə bağlı ən böyük məsələ odur ki, girovlar azad olunacaqlar.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O, girovların böyük ehtimalla bazar ertəsi evlərinə dönəcəklərini deyib. Onun sözlərinə görə, girovlarla yanaşı, girov saxlanılan meyitlərin qaytarılması da baş tutacaq.

Tramp, həmçinin bildirib ki, Qəzza tezliklə dinc və daha təhlükəsiz yerə çevriləcək. “Aydındır ki, o, param-parça olub və bu, təkcə İsraillə bağlı deyil. Bunlar uzun illərdir davam edir. İnanırıq ki, Qəzza yenidən qurulacaq və bölgədəki digər ölkələr onun yenidən qurulmasına kömək edəcəklər. Düşünürəm ki, bütün bunlar sülh yolu ilə olacaq. Mən çox əminəm ki, Yaxın Şərqə sülh gələcək. Burada sülh insanların əsrlərdir can atdıqları bir məsələdir”, -deyə ABŞ Prezidenti əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

4Mənbələr