Qətər ABŞ və Venesuela arasında münasibətlərdə vasitəçilik etmək istəyirş
APA xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Venesuela hakimiyyəti Qətərin səylərini dəstəkləyir. Lakin ABŞ administrasiyası diplomatiyadan daha çox hərbi vasitələrlə maraqlanır.
ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, Pentaqon Karib dənizi regionuna 10 min əsgər göndərib.