AZ

Sabirabadda avtomobil traktora çırpılıb, xəsarət alanlar var

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili qarşıda gedən traktorun arxa hissəsinə çırpılıb.
 

Qəza nəticəsində Sabirabad rayonunun Şəhriyar kənd sakinləri, 2010-cu il təvəllüdlü Vəliyeva Sevgili Qənbər qızı, 1980-cı il təvəllüdlü Həsənova Gülnarə Əli qızı və 1974-cü il təvəllüdlü Vəliyev Qənbər Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.


Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
21
4
bizim.media

5Mənbələr