AZ

Ölkə iş-həyat balansı üçün cəsarətli dəyişikliklərə ehtiyac duyur - Li Çze Myon

Bakı. Trend:

Cənubi Koreya prezidenti Li Çze Myon bəyan edib ki, ölkə“davamlı iş-həyat balansına doğru cəsarətli siyasət dəyişikliyinə”ehtiyac duyur.

Trend xəbər verir ki, dövlət başçısı bu fikri gənclərin uzun işsaatlarına görə karyera və ailə həyatını balanslaşdırabilmədiklərini göstərən tədqiqatlara istinadən söyləyib. HazırdaCənubi Koreyada bir işçi ildə orta hesabla 1874 saat çalışır ki, buda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrinorta göstəricisindən 130 saat çoxdur.

Yeni təşəbbüsə əsasən, 2030-cu ilədək əmək haqqı itirilmədən işvaxtının həftədə 40 saatdan 36 saata endirilməsi, daha sonra isədördgünlük iş həftəsinin tətbiqi planlaşdırılır. Hökumət buməqsədlə islahat planı və şirkətlər üçün subsidiyalar sistemininhazırlanması üzərində işləyəcək xüsusi işçi qrup yaradacaq.

Həmkarlar ittifaqları təşəbbüsü alqışlayaraq onu “ölkədəkidemoqrafik böhranın həlli üçün yeganə açar” adlandırıblar. Lakinbiznes dairələri və Koreya Bankı iqtisadi risklər barədəxəbərdarlıq edir — ÜDM artım proqnozu 0,8 faizədək endirilib ki, buda 1998-ci il Asiya maliyyə böhranından bəri ən aşağıgöstəricidir.

Qeyd edək ki, Cənubi Koreya dünyada ən aşağı doğum səviyyəsinəmalikdir: hər qadına orta hesabla cəmi 0,75 uşaq düşür. Proqnozlaragörə, ölkə əhalisi 2125-ci ilə qədər 51,68 milyondan 7,53 milyonaqədər azala bilər.

Seçilən
43
az.trend.az

1Mənbələr