AZ

Kolizeyin altında gizli keçid aşkarlanıb

Roma, 9 oktyabr, AZƏRTAC

Arxeoloqlar İtaliyanın paytaxtı Romanın simvolu sayılan Kolizeyin altında gizli keçid (tunel) aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, imperatorların həmin gizli tuneldən insanlara görünmədən arenadan çıxmaq üçün istifadə etdiyi bildirilib. Kolizeyin bünövrəsinə oyulmuş keçidin uzunluğu təxminən 55 metrdir.

Mütəxəssislərin fikrincə, tunel eramızın 70-ci illərində amfiteatr tikildikdən bir neçə onillik sonra, I və II əsrlər arasında tikilib.

Kolizey Arxeoloji Parkının məlumatına görə, bərpa edilən, işıqlandırma və ventilyasiya sistemləri quraşdırılan tunel artıq ziyarətçilərə açıqdır.

Qeyd edək ki, eramızın 72-ci ildə inşasına başlanılan və 80-ci ildə tamamlanan Kolizey dünyanın ən qədim və ən böyük elliptik amfiteatrdır. Bura VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
17
2
azertag.az

3Mənbələr