"Real Madrid"in La Liqa rəhbərliyi ilə daha bir mövzuda problemi yaranıb.
Offsideplus.az xəbər verir ki, rəhbərlik La Liqa matçlarının xaricdə oynanılması ideyasına qəti şəkildə qarşıdır.
Bu mövqe klubla liqa prezidenti Xavyer Tebas arasında gərginliyi daha da artırıb.
Bundan əlavə, “Real Madrid”in dövlətin Ali İdman Şurasının dəstəyini də arxasına aldığı bildirilir.