“Nottingem Forest”in ikinci qapıçısı Jon Viktor Braziliya milli komandası üçün çağırıldığı xəbəri qarşısında emosional reaksiya verib.
90deqiqe.Az xəbər verir ki,“ESPN” 29 yaşlı qolkiperin dediklərini belə çatdırıb.
“Bu, mənim üçün unik və möhtəşəm bir hiss idi. Oyun üçün avtobusla gedərkən xəbəri öyrəndim və əvvəlcə zarafat olduğunu düşündüm. Sərgi Dimas (Braziliya millisinin rəhbəri) mənə mesaj göndərdi, onlar pasportumu istədilər və mən ‘Bu, saxtakarlıqdır?’ deyə düşündüm. Sonra bildirdilər ki, bu, milli komanda üçün çağırışdır və həmin anda çox xoşbəxt oldum.”
Viktor həmçinin qeyd edib ki, hələ də reallığı tam dərk etməyib:
“Mən dünən gəldim və çağırıldıqdan sonra karyeram boyunca yaşadıqlarımı, yüksəlişlərimi və enişlərimi göstərən çox sayda video izlətdilər. Hələ də bunun fərqində deyiləm. Çox xoşbəxt və razıyam. Allahıma təşəkkür edirəm.”
Qeyd edək ki, o, “Mançester Siti”nin sabiq qapıçısı Ederson Moraesin zədələnməsi səbəbindən oktyabrın 10 və 14-də keçiriləcək yoldaşlıq oyunları üçün milli komandaya dəvət olunub. Karlo Ançelottinin yetirmələri Cənubi Koreya və Yaponiya ilə qarşılaşacaqlar.
Əlavə edək ki, Viktor bu yay İngiltərə klubuna keçib. O, bundan əvvəl Braziliyanın “Botafqo” klubunda çıxış edib və orada Klublararası Dünya Çempionatında PSG-ni 1:0 hesabı ilə məğlub etmək bacarığına sahib olub.