AZ

“Əl-İttihad”ın yeni baş məşqçisi müəyyənləşdi

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu fransalı Loran Blanla yollarını ayırdıqdan sonra yeni baş məşqçisini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Ciddə təmsilçisinə portuqaliyalı mütəxəssis Sercio Konseysau rəhbərlik edəcək.

Konseysau yay aylarından bəri işsiz idi. O, son olaraq İtaliyanın “Milan” klubunu çalışdırıb və orada cəmi yarım mövsüm fəaliyyət göstərib.

Mətbuatda yer alan məlumatlara görə, portuqaliyalı məşqçinin “Əl-İttihad”la müqaviləsi 2027-ci ilin ortalarınadək nəzərdə tutulub.

Hazırda “Əl-İttihad” Səudiyyə Pro Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Ciddə klubu 9 xal toplayıb və yalnız “Əl-Qadisiyə” (10 xal) və “Əl-Nəsr”dən (12 xal) geri qalır.

Seçilən
0
90deqiqe.az

1Mənbələr