AZ

88 yaşlı qoca qadın öldü –Məşhur şirkət 1 milyard dollar ödəyəcək/ SƏBƏB

Los-Ancelesin münsiflər heyəti Johnson & Johnson əczaçılıq şirkəti tərəfindən xərçəngdən dünyasını dəyişən Mey Mur adlı qadının ailəsinə 966 milyon dollar ödəniş olunması barədə qərar verib.

AzPost bildirir ki, bu barədə CNN xəbər verir.

“Los-Anceles münsiflər heyəti Johnson & Johnson-a bir qadının ailəsinə 966 milyon dollar ödəməyi əmr edib. Ən son məhkəmə iddiasında şirkət istehsal etdiyi talk əsaslı məhsullarının xərçəngə səbəb olması iddiası ilə məsuliyyət daşıyır”, – hesabatda deyilir.

Məhkəmə şirkəti 16 milyon dollar təzminat və əlavə olaraq 950 milyon dollar cəza təzminatı ödəməyə məcbur edib.

Mey Mur 2021-ci ildə 88 yaşında vəfat edib. Bundan sonra ailəsi şirkəti məhkəməyə verib. Onlar talk əsaslı uşaq pudrasının tərkibində xərçəngə səbəb olan asbest lifləri olduğunu iddia ediblər.

AzPost.az

Seçilən
92
1
azpost.info

2Mənbələr