AZ

Qayda pozan qadın sürücü qəzaya səbəb oldu; hər iki sürücü... VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qayda pozan qadın sürücü yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Yekaterinburqda baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, 38 yaşlı qadın idarə etdiyi avtomobillə yol kəsişməsində manevr edən zaman qarşıdan gələn “Volkswagen” markalı minik avtomobilinə yol verməyib və toqquşma baş verib.

Zərbənin təsirindən idarəetmədən çıxan “Volkswagen” havada çevrilərək sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
avtosfer.az

1Mənbələr