AZ

İsrailin saxladığı Sumud Flotilyasında türkiyəli deputatlar da var

İsrailin saxladığı Qlobal Sumud Flotilyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları da var.

Azreform.info xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan bildirib.

Türkiyəli nazir deyib ki, İsraildə saxlanılan aktivistlərin Türkiyəyə gətirilməsi istiqamətində intensiv işlər aparılır:

“Bizə verilən məlumata əsasən, hazırda flotilyada 144 aktivist var. Onlardan 21 nəfəri Türkiyə vətəndaşıdır. Həmin şəxslər arasında 3 millət vəkilimiz də var. Vətəndaşlarımızın təxliyəsi üçün İsrail üzrə məsləhətçimiz danışıqlar aparır. Gecə saatlarında gəmilər Aşdod limanına yan aldıqdan sonra vətəndaşların təxliyəsinə başlanacaq”, – Hakan Fidan qeyd edib.

Qeyd edək ki, Qlobal Sumud Flotilyası Qəzzaya humanitar yardım aparıb.(apa)

Seçilən
14
10
azreform.info

10Mənbələr