Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Milan”ın oyunçusu Adrien Rabyo İtaliyadan 14 min kilometr aralıda A Seriyasının oyununu keçirmək barədə qərarı tənqid edib.
İdman.biz bildirir ki, söhbət “Milan” – “Komo” oyunundan gedir.
“Avstraliyada iki italyan komandası arasında matç oynamaq üçün bu qədər kilometr yol qət etmək sadəcə dəlilikdir. Cədvəl və futbolçuların səhhəti haqqında çox danışılır, amma bütün bunlar tamamilə absurd görünür”, - Rabyo deyib.
UEFA bu günlərdə La Liqa və A Seriya oyunlarının ABŞ və Avstraliyada keçirilməsini təsdiqləyib.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.