AZ

İngiltərədə sinaqoqa hücum edən şəxs İŞİD üzvü olub

Bakı. Trend:

İngiltərənin şimalında yerləşən sinaqoqa edilən hücumnəticəsində üç nəfərin ölümü ilə nəticələnən hadisənintəfərrüatları açıqlanıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, hücumçu hadisə zamanı polisə zəngedərək İŞİD adından hərəkət etdiyini söyləyib.

Polisin məlumatına görə, 35 yaşlı Britaniya vətəndaşı, suriyalıəsilli Cihad Əl-Şami keçən həftə Mançesterin Krumpsall rayonundakı"Heaton Park Hebrew Congregation" sinaqoqu yaxınlığındaavtomobilini piyadaların üzərinə sürüb, daha sonra bıçaqlainsanlara hücum edib.

Silahlı polis əməkdaşları hadisə yerində Əl-Şamini atəş açaraqzərərsizləşdiriblər.

Böyük Britaniyanın Terrorçuluqla Mübarizə Polis Xidmətininrəhbəri Lourens Teylor isə ötən həftə açıqlamasında deyib ki, ilkinaraşdırmalara görə, Əl-Şami radikal dini ideologiyanın təsirialtında ola bilər. Lakin hadisənin bütün təfərrüatlarınımüəyyənləşdirmək üçün zamana ehtiyac var.

Seçilən
17
1
az.trend.az

2Mənbələr