AZ

Tarixi uğurlarla dolu bir karyeranın sonu

İspaniyanın və “Barselona”nın əfsanəvi müdafiəçisi Jordi Alba, MLS mövsümünün sonunda futbolçu karyerasını başa vuracağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu uzun illər ərzində həm klub, həm də milli səviyyədə qazandığı uğurlarla futbol tarixində dərin izlər buraxıb.

Karyera statistikası:

  • 793 oyun
  •  60 qol
  •  175 asist

Qazandığı titullar:

  • 1 Avropa Çempionatı (İspaniya)
  • 1 UEFA Çempionlar Liqası
  • 6 La Liqa çempionluğu
  • 1 UEFA Superkuboku
  • 1 Millətlər Liqası
  • 1 Klublararası Dünya Kuboku
  • 5 İspaniya Kral Kuboku
  • 4 İspaniya Superkuboku

Jordi Albanın yaxın günlərdə azarkeşlərə və futbol ictimaiyyətinə rəsmi vida mesajı paylaşacağı gözlənilir.

Onun 13 illik “Barselona” karyerası ərzində xüsusilə Neymar, Suarez və Messi ilə sol cinahdakı oyunu futbol tarixinin ən yaxşı üçlü əməkdaşlıqlarından biri kimi qəbul olunur.

Kamil Xudiyev

Seçilən
53
fanat.az

1Mənbələr