Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İspaniyanın və “Barselona”nın əfsanəvi müdafiəçisi Jordi Alba, MLS mövsümünün sonunda futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu uzun illər ərzində həm klub, həm də milli səviyyədə qazandığı uğurlarla futbol tarixində dərin izlər buraxıb.
Karyera statistikası:
793 oyun
60 qol
175 asist
Qazandığı titullar:
1 Avropa Çempionatı (İspaniya)
1 UEFA Çempionlar Liqası
6 La Liqa çempionluğu
1 UEFA Superkuboku
1 Millətlər Liqası
1 Klublararası Dünya Kuboku
5 İspaniya Kral Kuboku
4 İspaniya Superkuboku
Jordi Albanın yaxın günlərdə azarkeşlərə və futbol ictimaiyyətinə rəsmi vida mesajı paylaşacağı gözlənilir.
Onun 13 illik “Barselona” karyerası ərzində xüsusilə Neymar, Suarez və Messi ilə sol cinahdakı oyunu futbol tarixinin ən yaxşı üçlü əməkdaşlıqlarından biri kimi qəbul olunur.
Kamil Xudiyev
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.