AZ

Ramosdan Albaya vida mesajı

style='margin-bottom:10px;'>

“Real” və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos “Barselona”nın sabiq sol cinah müdafiəçisi Jordi Albanın futbolçu karyerasını bitirməsi ilə bağlı fikirlərini bildirib.

QOL.az xəbər verir ki, hazırda Meksikanın “Monterrey” klubunda oynayan Ramos sosial media hesabında yazıb ki, onların yığmada keçirdikləri xatirələr həmişə yadında qalacaq:

“Səni qardaşım kimi qucaqlayıram və hər zaman xatırlayacağam. Dünyanın ən yaxşı müdafiəçilərindən biri kimi futbolu tərk edirsən.”

Qeyd edək ki, Jordi Alba mövsümün sonunda “İnter Mayami”də çıxışını yekunlaşdıraraq aktiv futbolçu karyerasına vida edəcək.

Seçilən
83
1
teleqraf.com

2Mənbələr