AZ

“Liverpul”un müdafiəçisi qış transferində komandadan getməyəcək

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Liverpul”un müdafiəçisi Co Qomes komandadan getməyi düşünmür. 

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda onun “Milan”a transferi gözlənilsə də, bu baş tutmayıb.

Hazırda Qomes əsas heyətdə az oynasa da, qışda klubundan ayrılmayacaq. “Milan” onu hələ də heyətinə qatmaq istəyir, amma futbolçu “Liverpul”da ehtiyatda olsa belə, mövqeyindən razıdır.

Baş məşqçi Arne Slot da zədələnmiş müdafiəçilərin əvəzinə Qomesin etibarlı seçim olduğunu bilir.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
qol.az

2Mənbələr