AZ

Almaniyada məktəbə hücum olub

Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya əyalətində əlavə təhsil müəssisəsinə hücum edilib, nəticədə ən azı bir nəfər ağır yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bild” qəzeti polisə istinadən məlumat yayıb.

Polisin verdiyi məlumata görə, hücum edən şəxs saxlanılıb və o, hadisə yerində – məktəb binasının içərisində tapılıb. İlkin ehtimala əsasən, cinayət bıçaqla törədilib.

“Bild”in xəbərinə görə, xüsusi təyinatlı polis qüvvələri hazırda məktəbdə axtarış aparır. Hadisənin dəqiq motivi və digər mümkün qurbanlar və ya şübhəli şəxslərin olub-olmadığı hələlik məlum deyil. Hadisə ilə bağlı istintaq davam edir. 

Seçilən
33
1
operativmm.az

2Mənbələr