Avstraliya “Milan” ilə “Komо” arasında keçiriləcək A Seriyası matçına ev sahibliyi etmək hüququ üçün 12 milyon avro ödəməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Calcio e Finanza" məlumat yayıb.
Bu məbləğdən oyun təşkilatına xərclənəcək vəsait çıxıldıqdan sonra təxminən 8-9 milyon avro qalacaq. Həmin məbləğ təkcə matç iştirakçıları arasında deyil, oyunun xaricdə keçirilməsinə səs verən digər 18 A Seriyası klubu arasında da bölüşdürüləcək.
Ən böyük pay nominal meydan sahibi olan “Milan”a çatacaq.