AZ

Cerrard "Reyncers"ə qayıda bilər

“Liverpul”un əfsanəsi və “Reyncers” klubunun keçmiş baş məşqçisi Stiven Cerrardın Şotlandiya təmsilçisinə yenidən qayıtmaq ehtimalı var.

90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis klubun rəhbərliyi tərəfindən komandaya yenidən baş məşqçi təyin olunmaq üçün əsas namizədlərdən biri kimi dəyərləndirilir. Qeyd edək ki, "Reyncers" bu günlərdə Rassell Martini baş məşqçi vəzifəsindən azad edib.

Cerrard 2018–2021-ci illərdə "Reyncers"ə rəhbərlik edib və 2021-ci ildə komandanı Şotlandiya çempionu edib. Son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda çalışan mütəxəssis cari ilin 30 yanvar tarixindən etibarən azaddır.

“Reyncers” rəhbərliyi Cerrardla rəsmi görüş planlaşdırır və onun təyinatı real hesab olunur.

Qeyd edək ki, klub hazırda Şotlandiya Premyer Liqasında 7 oyundan sonra 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komanda lider “Harts”dan 11, əzəli rəqibi “Seltik”dən isə 9 xal geri qalır.

Seçilən
25
5
90deqiqe.az

7Mənbələr